...

NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib (FOTO)

Siyasət Materials 3 İyun 2014 13:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığında olub.
NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının müdafiə naziri NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə Belçika Krallığında rəsmi səfərdədir.

Səfərin ilk günü NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənovla general F.Bridlav arasında keçirilən görüşdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Sonra Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti