...

NATO-nun baş katibi Krımın Ukraynaya qaytarılmasını vacib hesab edir

Siyasət Materials 3 İyun 2014 15:34 (UTC +04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen Krımın Ukraynaya qaytarılmasını vacib hesab edir.
NATO-nun baş katibi Krımın Ukraynaya qaytarılmasını vacib hesab edir

Azərbaycan, Bakı, 3 iyun /Trend/

NATO-nun baş katibi Anders Foq Rasmussen Krımın Ukraynaya qaytarılmasını vacib hesab edir. Bu barədə Trend-in İTAR-TASS-a istinadən məlumat verir.

Baş katib qeyd edib: "Biz əvvəlki kimi Krıma Ukraynanın bir hissəsi kimi baxırıq. Biz Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırırıq".

A.F.Rasmussen Brüsseldə NATO-ya üzv olan 28 ölkənin XİN rəhbərlərinin iki günlük iclasının açılışından əvvəl bildirib ki, NATO Ukraynadakı münaqişəyə hərbi müdaxilənin mümkünlüyü məsələsinə baxmır: "Biz hərbi variantı müzakirə etmirik. Biz böhranın siyasi və diplomatik həllini irəliyə hərəkət üçün doğru yol hesab etməkdə davam edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti