...

Gürcüstanın Baş naziri sentyabrın 20-də də Azərbaycana gələcək

Siyasət Materials 11 Sentyabr 2014 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 20-də bir daha Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, Baş nazir bu gün Bakıda jurnalistlərə bildirib: "Sentyabrın 20-də mən yenə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin başlanması mərasiminin keçiriləcəyi Bakıya səfər edəcəyəm".

O, qeyd edib ki, Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsinin başlanması Gürcüstan-Azərbaycan strateji əməkdaşlığının daha bir təsdiqidir.

İ.Qaribaşvili onu da deyib ki, Azərbaycan və Türkiyə tərəfləri ilə elektrik enerjisinin ixracı üçün enerji dəhlizinin işə salınması ilə bağlı intensiv danışıqlar aparılır: "Bu bizim və region üçün çox vacib layihədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti