...

Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 12 Sentyabr 2014 13:18 (UTC +04:00)
Sentyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Sentyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti