...

Fəttah Heydərov: Aldadılmış siyasətçilərin Azərbaycanla bağlı ittihamlarına əhəmiyyət vermək lazım deyil

Siyasət Materials 26 Sentyabr 2014 12:35 (UTC +04:00)
"Bir sıra beynəlxalq qurumların, tanınmış şəxsiyyətlərin və bəzi xarici təşkilatların toruna düşərək aldanmış, aldadılmış siyasətçilərin Azərbaycanla bağlı səsləndirdikləri ittihamlara əhəmiyyət vermək lazım deyil".
Fəttah Heydərov: Aldadılmış siyasətçilərin Azərbaycanla bağlı ittihamlarına əhəmiyyət vermək lazım deyil

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Bir sıra beynəlxalq qurumların, tanınmış şəxsiyyətlərin və bəzi xarici təşkilatların toruna düşərək aldanmış, aldadılmış siyasətçilərin Azərbaycanla bağlı səsləndirdikləri ittihamlara əhəmiyyət vermək lazım deyil". Trend xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Fəttah Heydərov sözügedən komitənin sentyabrın 26-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan sürətli inkişaf yolundadır və bu inkişaf həmin dairələrin, Azərbaycanın inkişafını gözü götürməyən bədxah qüvvələrin maraqları çərçivəsində deyil: "Onlar bizim ölkəmizin inkişafını istəmirlər, bu inkişafı gözləri götürmür. Ona görə belə əsassız, qərəzli ittihamlarla, bəyanatlarla çıxış edirlər. Ancaq bunlara çox da ciddi əhəmiyyət vermək lazım deyil. Dediyim kimi, Azərbaycan sürətli inkişaf yolundadır və heç bir qüvvə onu bu yolundan döndərə bilməz".

F.Heydərov qeyd edib ki, 20 il öncə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan neft müqavilələri, "Əsrin müqaviləsi" Azərbaycanın inkişafının məhvedilməz bünövrəsi, aşılmaz qalasıdır: "Bu günlərdə də həmin müqavilənin 20 illiyini qeyd etdik. Bu müqavilə də, elə bilirəm ki, Azərbaycanın qoruyucu qalasıdır. Heç kim də, heç bir qüvvə də bu qalanı aşa bilməz. Çünki bu qalanın özülü, bünövrəsi çox möhkəm və sağlamdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti