...

İsa Qəmbər: Qurultayda daha önəmli bir addım başqanın dəyişməsi ilə bağlı seçkilərdir

Siyasət Materials 26 Sentyabr 2014 12:44 (UTC +04:00)
"Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayı çox önəmli bir hadisədir. 8-ci qurultayda nizamnamə və proqramda müəyyən dəqiqləşdirmələr, dəyişikliklər nəzərdə tutulub".
İsa Qəmbər: Qurultayda daha önəmli bir addım başqanın dəyişməsi ilə bağlı seçkilərdir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayı çox önəmli bir hadisədir. 8-ci qurultayda nizamnamə və proqramda müəyyən dəqiqləşdirmələr, dəyişikliklər nəzərdə tutulub". Trend-in məlumatına görə, bunu Müsavat Partiyasının sədri İsa Qəmbər sentyabrın 26-da başqan kimi sonuncu mətbuat konfransında deyib.

İ.Qəmbərin sözlərinə görə, partiya başqanlığına namizədlərin irəli sürülməsi bir hadisədir: "Bunun üçün öncədən zaman müəyyənləşdirilir. Bu, Müsavatın ənənəsidir. Amma sabah başlanacaq qurultayda daha önəmli bir addım atılacaq. Bu, başqanın dəyişməsi ilə bağlı seçkilərdir".

İ.Qəmbər qurultaydan sonra partiyadan gedənlərin olacağını mümkün sayıb.

Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-də Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində səkkizinci qurultayını keçirəcək. Qurultayda yeni başqan seçiləcək. Başqanlığa dörd namizəd var. Bunlar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur.

2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, sentyabrın 27-də keçiriləcək 8-ci qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti