...

Suriya ordusu Dəməşq ətrafında bir neçə yaşayış məntəqəsinə nəzarəti geri qaytarıb

Siyasət Materials 7 Oktyabr 2014 00:46 (UTC +04:00)
Suriya ordusu Dəməşq ətrafında bir neçə yaşayış məntəqəsinə nəzarəti geri qaytarıb.
Suriya ordusu Dəməşq ətrafında bir neçə yaşayış məntəqəsinə nəzarəti geri qaytarıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Suriya ordusu Dəməşq ətrafında bir neçə yaşayış məntəqəsinə nəzarəti geri qaytarıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "əl-Məyadin" telekanalı xəbər yayıb.

Əvvəllər "Ceyş əl-İslam" qruplaşmasının döyüşçüləri tərəfindən saxlanılan Duhaniyyə və Zamalka yaşayış məntəqələri hökumət qoşunları tərəfindən azad edilib. Ekstremistlərin Cubaredəki mövqelərinə irimiqyaslı hücum davam edir.

Məlumata görə, güc strukturları onlarla islamçını məhv edib, Duhaniyyyəni Ayn-Terma yaşayış məntəqəsi ilə birləşdirən yeraltı tunel şəbəkəsini ləğv ediblər. İstehkamçılar yaraqlılar tərəfindən quraşdırılmış əldəqayırma partlayıcı qurğuları və minaları zərərsizləşdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti