...

Türkiyədə polislərin hüquqları genişləndirilir

Siyasət Materials 15 Oktyabr 2014 11:46 (UTC +04:00)
Türkiyədə polislərin hüquqlarının genişləndirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanır.
Türkiyədə polislərin hüquqları genişləndirilir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə polislərin hüquqlarının genişləndirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanır. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Kanal7" telekanalı məlumat yayıb.

Qanun layihəsinə görə, polislər order olmadan mənzillərdə axtarış həyata keçirə, şübhəlini müvəqqəti saxlaya biləcəklər.

Türkiyədə polislərin sayı 340 min nəfərdir.

Ankara ölkənin Silahlı Qüvvələrindən Suriyanın Kobani şəhərinin əhalisini "İslam Dövləti" yaraqlılarından müdafiə etmək üçün istifadə etməyəcəyini bəyan etdikdən sonra PKK tərəfdarları və kürdyönümlü Xalqların Demokratik Partiyasının lideri Səlahəddin Demirtaş Türkiyənin cənub vilayətlərinin kürd əhalisini kütləvi iğtişaşlara çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti