...

Türkiyə erməniləri iki hissəyə ayrılıb

Siyasət Materials 21 Oktyabr 2014 13:03 (UTC +04:00)
Türkiyədə İstanbul ermənilərinin patriarxı Mesrob Mutafyanın komaya düşməsindən sonra patriarxlığın Aram Ateşyana verilməsi erməni icmasını iki hissəyə bölüb.
Türkiyə erməniləri iki hissəyə ayrılıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə İstanbul ermənilərinin patriarxı Mesrob Mutafyanın komaya düşməsindən sonra patriarxlığın Aram Ateşyana verilməsi erməni icmasını iki hissəyə bölüb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Məlumata əsasən, ermənilərin bir çoxu patriarxlığın bu şəkildə digər şəxsə ötürülməsinin doğru olmadığını və patriarx Mesrob Mutafyanın möcüzə sayəsində sağalacağına inandıqlarını bildiriblər.

Məlumatda o da qeyd olunur ki, iki cəbhəyə bölünən Türkiyə erməniləri yaranan problemin həlli üçün məhkəməyə müraciət edəcəklər.

Məlumat üçün bildirək ki, patriarx Mesrob Mutafyan keçən ilin fevralından komadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti