...

Bakı-Bişkek birbaşa aviareysinin əhəmiyyəti

Siyasət Materials 28 Oktyabr 2014 18:30 (UTC +04:00)
Qırğızıstan parlamentinin spikeri Asılbek Jeenbekov və Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bir çox məsələləri, o cümlədən parlamentlərarası əməkdaşlığın perspektivlərini, iqtisadi tərəfdaşlıq potensialının genişləndirilməsi imkanını, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və TürkPA çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Bakı-Bişkek birbaşa aviareysinin əhəmiyyəti

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Qırğızıstan parlamentinin spikeri Asılbek Jeenbekov və Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bir çox məsələləri, o cümlədən parlamentlərarası əməkdaşlığın perspektivlərini, iqtisadi tərəfdaşlıq potensialının genişləndirilməsi imkanını, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və TürkPA çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Trend-in "AKİpress"ə istinadən verdiyi məlumata görə, A.Jeenbekov qeyd edib ki, hər iki ölkənin xalqları türk mənşəlidir: "İki ölkə yaxın tərəfdaşdır. Bir çox aktual beynəlxalq məsələlərdə ölkələrin mövqeyi üst-üstə düşür. Qırğızıstan hörmət və qarşılıqlı faydalı əməkdaşlıq əsasında Azərbaycanla dost, etibarlı münasibətlərin inkişafına böyük önəm verir".

F.Heydərov bildirib ki, oktyabrın 27-də Bişkekdə keçirilmiş TDƏŞ-in Ağsaqqallar Şurasının VIII iclasının yekunları üzrə mənzil qərargahı Bişkekdə olan Beynəlxalq Köçəri Mədəniyyət Mərkəzinin yaradılması tövsiyə edilib.

A.Jeenbekovun sözlərinə görə, Ağsaqqallar Şurasının işi və tövsiyələrinin nəticələri TDƏŞ-in inkişafına və möhkəmləndirilməsinə xidmət edib və Şuranın Katibliyi üçün özünəməxsus fəaliyyət planıdır.

Spiker oktyabrın 26-da rəsmi açılış mərasimi keçirilmiş Bakı-Bişkek birbaşa aviareysinin vacibliyini vurğulayıb: "Bu reysin ikitərəfli əlaqələri möhkəmləndirəcəyinə, iki ölkənin xalqlarını bundan sonra da yaxınlaşdıracağına, iqtisadi əlaqələri möhkəmləndirəcəyinə böyük ümid bəsləyirik".

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov isə bildirib ki, bu, "Azərbaycan Hava Yolları"nın Mərkəzi Asiyaya həyata keçirdiyi ilk aviareysdir: "Aviareysin Avropa və Amerika ölkələrinə ehtiyac duyulan marşrutlarla biləşdirilməsi planlaşdırılır".

O, yaxın gələcəkdə reallaşdırılması planlaşdırılan bir sıra layihələr haqqında da məlumat verib.

A.Jeenbekov Azərbaycanın Bodrumda TDƏŞ sammitinin uğurla keçirilməsi və ölkənin TDƏŞ-də sədrliyinin başa çatması ilə əlaqədar türkdilli ölkələrin inteqrasiya proseslərində rolunu yüksək qiymətləndirib.

Spiker əlavə edib ki, Milli Məclisin spikeri Oqtay Əsədovun Qırğızıstana rəsmi səfərini gözləyirlər.

F.Heydərov parlamentlərarası tərəfdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin dialoqunun aktivləşdirilməsinin vacibliyini bildirib.

Sonda tərəflər mədəni-humanitar əlaqələrin inkişafı və yazıçı Çingiz Aytmatovun irsi haqqında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Qırğızıstanın Azərbaycandakı ticarət nümayəndəsi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti