...

Arif Rəhimzadə etiraz etdi

Siyasət Materials 5 Noyabr 2014 16:21 (UTC +04:00)
Artıq 3 ildir ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlərdə heç bir dəyişiklik yoxdur. Belə ki, bələdiyyələrə bu illər ərzində 5,2 milyon manat ayrılıb və bu rəqəm hələ də dəyişməyib.
Arif Rəhimzadə etiraz etdi

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Artıq 3 ildir ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlərdə heç bir dəyişiklik yoxdur. Belə ki, bələdiyyələrə bu illər ərzində 5,2 milyon manat ayrılıb və bu rəqəm hələ də dəyişməyib. Trend-in məlumatına görə, bunu 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə hesab edir ki, bələdiyyələrə ayrılan vəsait 2 dəfə artırılsa belə, bu heç də bələdiyələrin fəaliyyətini yaxşılaşdırmaq üçün böyük məbləğ hesab oluna bilməz.

Komitə sədri bildirib ki, bu rəqəm hər dəfə artmalıdır: "Bələdiyyələrin fəaliyyətinə bu cür qiymət vermək yerli özünüidarəetmə orqanlarının işini kifayət qədər qiymətləndirməməkdən irəli gəlir. Bələdiyyələr Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılmasının əsas amillərindən biridir. Odur ki, mövcud problemi hər dəfə qabartsaq da, bu barədə konkret rəqəmə gələndə hərəkət yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti