...

Azərbaycan Strasburqda AŞ Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək

Siyasət Materials 12 Noyabr 2014 17:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 13-də keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Strasburqa yola düşüb.
Azərbaycan Strasburqda AŞ Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 13-də keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Strasburqa yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov iclasda çıxış edərək, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək.

Nazir, həmçinin Azərbaycanın altı aylıq sədrlik müddətinin başa çatması ilə əlaqədar sədrliyi Belçikaya təhvil verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti