Politoloq: İranla Azərbaycan arasında münasibətlərin əsas leytmotivi “əvvəlcə Dağlıq Qarabağ tənzimlənməsi, sonra genişmiqyaslı əməkdaşlıq”dır

Politoloq: İranla Azərbaycan arasında münasibətlərin əsas leytmotivi “əvvəlcə Dağlıq Qarabağ tənzimlənməsi, sonra genişmiqyaslı əməkdaşlıq”dır

Azərbaycan, Bakı, 18 noyabr/ Trend, müxbir Elçin Mehdiyev/

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı imzalanan sənədlərdəki müddəaların reallaşması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə heç kəsin ağlına gəlməyən şərait yaradır. Trend xəbər verir ki, bunu "Qarabağ saatı"nda Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, İran-Azərbaycan iqtisadi əməkdaşlığı günün tələbidir: "Bu əməkdaşlığa İranın şimal regionlarının daha çox ehtiyacı var. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsas nüvəsini hələlik "Araz Azad İqtisadi Zonası"nın fəaliyyətə başlaması təşkil edir. Araz AİZ-in fəaliyyətə başlaması Araz çayının lazımi standartlara cavab verməsini tələb edir. Ona görə İran və Azərbaycan ilk olaraq Araz çayı boyu iki ölkənin sərhədləri məsələsini razılaşdırmalıdırlar. Razılaşmanın əldə olunması üçün Azərbaycan sərhədçiləri Araz çayı boyunca keçən sərhədlərinə sahib çıxmalıdır. İranın bu məsələdə marağı olduğu üçün Azərbaycan sərhədçilərinin Araz çayı boyunca işğal olunmuş ərazilərə keçməsinə şərait yaratmağa məcburdur. Azərbaycan sərhədçilərinin hərbi-texniki təminatı yüksək səviyyədədir. Zərurət yaranacağı təqdirdə Daxili qoşunlar və Müdafiə Nazirliyi də Sərhəd Qoşunlarının müdafiəsinə qalxacaq. Ermənilərin təxribatı yanğın və s. formada olacaqsa Fövqəladə Hallar Nazirliyi də bu prosesə qoşulacaqdır. İranla Azərbaycan arasında su sərhədlərinin möhkəmləndirilməsi barədə xüsusi müqavilə imzalandı. Eləcə də iki ölkə prezidentlərinin imzaladığı bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti qəbul edilmir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın dövlət suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsi ciddi şəkildə qoyulmuşdur".

M.Əhmədoğlunun sözlərinə görə, bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi tezisi də öz əksini tapıb: "İlk dəfədir ki, sənədlərdə yazılmış maddələrin ümumi fonunda "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi" tezisi sanki münaqişənin real tənzimlənmə mexanizmlərini gizlətmək üçündür. İranla Azərbaycan arasında imzalanan sənədlərin əsas leytmotivi əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, sonra genişmiqyaslı iqtisadi, enerji və tranzit əməkdaşlıqlardır".

Politoloq hesab edir ki, "İran-Dağlıq Qarabağ münaqişəsi" kontekstində hədsiz diqqətçəkən paralel var: "İranın keçmiş prezidenti Ə.H.Rəfsəncani 1993-cü ilin 8-9 noyabr tarixlərində Bakıya səfərə gəldiyi zaman Zəngilan işğal olundu. İndiki prezident H.Ruhani isə Azərbaycana qədəm qoyan kimi azərbaycanlı hərbçi ermənilərin vertolyotunu vurdu. Bu mühüm psixoloji amildir".

M.Əhmədoğlu qeyd edib ki, İranın prezidenti H.Ruhani İran-Azərbaycan münasibətlərində indiki aktiv proseslərin ilkin təşəbbüskarıdır: " Azərbaycan İranla münasibətləri inkişaf etdirməyə həmişə hazır olduğu üçün Ruhaninin münasibətləri inkişaf etdirməklə bağlı təşəbbüsü dərhal Rəsmi Bakı tərəfindən qəbul edildi".

Politoloq vurğulayıb ki, H.Ruhani və onun komandası əvvəlki prezident M.Əhmədinecad və onun komandasından bütün parametrlər üzrə yerdən göyə qədər fərqlidir: " H.Ruhani və onun komandası yüksək mədəni və intellektual səviyyəli komandadır. Lakin İranda prezident əsas səlahiyyət sahibi deyil. Bütün hakimiyyət Ali rəhbər, dini lider S.Ə.Xameneidədir. Ruhaninin Azərbaycanla münasibətləri istiləşdirmək istiqamətindəki addımlarına dindarların münasibəti neqativ idi. Rəsmi Tehran Rəsmi Bakı ilə münasibətləri istiləşdirdikcə dini İran Rəsmi Bakıya qarşı mövqeyini sərtləşdirirdi. Məhərrəmlik başlayan kimi İranın Azərbaycana qarşı işləyən təbliğat maşını Azərbaycan dindarlarını Aşura mərasimini mitinq forması ilə keçirməyə çağırdılar. Azərbaycan hökuməti adından Aşura mitinqlərinə icazə verildiyini bildirdilər. "Səhər" kanalının Azərbaycan hökumətinin səlahiyyətlərini mənimsəməsi təəccüblü deyildi. Çünki İranın təbliğat maşını İslam dininin normalarını təhqir etməkdən xüsusi ləzzət alır və bununla da islami quruluşa özlərinin müxalifətçiliyini nümayiş etdirirlər. İranın Azərbaycanla həmsərhəd ostanlarından birinin imamcüməsi isə mitinqi ən vacib islami ibadət elan etdi: Mitinq namazdan, orucdan, həccdən, hicabdan vacibdir. "Namazınızı qılmayın, orucunuzu tutmayın, həccə getməyin, qadınlar hicab taxmasın - mitinqə çıxsanız bütün günahlarınız bağışlanacaq və cənnətə gedəcəksiniz".

M.Əhmədoğlunun sözlərinə görə, İranın Ali dini lideri İran prezidentinin Azərbaycana səfərinə hazırlıq dövründə özünün mətbuat üzrə səlahiyyətli nümayəndəsi, İran Teleradio Yayımı Təşkilatının sədri İ.Zərqamini vəzifəsindən uzaqlaşdırdı: " Daha iki məsələ diqqəti çəkir: Birincisi, İ.Zərqaminin rəhbərlik etdiyi teleradio yayımı şirkətinə tabe olan "Səhər" kanalı həm Azərbaycan rəhbərliyi adından Azərbaycan dindarlarını çaşdıran məlumat yaymışdı, həm də imamcümənin islamda ən böyük günah sayılan müşrik bəyanatını da bir neçə dəfə səsləndirilmişdi. İkincisi, Zərqami yaxınlarda Bakıya səfəri zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam H.A.Paşazadə tərəfindən "Səhər" kanalının Azərbaycanda ixtişaş yaratması cəhdlərinə, işğal altındakı şiə abidələrinə diqqət ayırmamasına görə kəskin tənqid edilmişdi. Bəzi rəsmilərimiz də bu tənqidi davam etdirmişdilər".

Politoloq vurğulayıb: "Ümumiləşdirsək, çox mühüm nəticəyə rast gəlirik: İranın Ali rəhbəri Seyid Əli Xamenei İran-Azərbaycan münasibətlərinin inkişafının, güclənməsinin tərəfdarıdır. Ali Rəhbər prezident Ruhaninin bu istiqamətdə atdığı addımlara dəstək verir. Ali Rəhbərin dəstəyi həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aiddir".

M.Əhmədoğlunun sözlərinə görə, İran nəhayət ki, erməni hipnozundan ayıldı və bu məsələdə Rusiyanı qabaqladı.

Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib - Deputat
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan
Azərbaycanda bu məhsulların istehsalı artıb
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib (FOTO)
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq
Şəhidlərin xatirəsini yad etmək məqsədilə müntəzəm xətt avtobusların hərəkəti dayandırılıb - BNA
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! (FOTO)
Şəkidə şəhidlərimizin xatirəsi yad edilib (FOTO)
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO/VİDEO)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov
Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein
Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə (FOTO)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb
Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev (FOTO)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Məni güllə altında sürüyərək ərazidən çıxardılar - Qarabağ qazisi
Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)
Paşinyanın reytinqi kəskin düşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb (VİDEO)
Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə
Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcıları barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev (FOTO)
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Azərbaycan Prezidenti: Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır
Azərbaycan Prezidenti: Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib
Prezident İlham Əliyev: Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxış edib (VİDEO)
Binəqədidə koronavirus xəstəsinə cinayət işi açılıb
Vyetnamdakı azərbaycanlılar COVİD-19 səbəbindən təxliyə edilib
Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir (FOTO)
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi (FOTO)
Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
2-ci Qarabağ müharibəsində qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir - Deputat
Bakıda ev yanıb
Məcburi köçkünlər geri qayıtdıqdan sonra torpaq bölgüsü necə aparıla bilər? - Komitə sədri açıqladı
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Yardımlıda mağaza yanıb
Ərəbistan koalisiyası husilərə məxsus minalanmış PUA-nı məhv ediblər
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək
Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb
İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
Bakıda sex yanıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)
Bütün xəbərlər