...

Mübariz Qurbanlı Romada Azərbaycan təcrübəsindən danışacaq

Siyasət Materials 9 Dekabr 2014 16:46 (UTC +04:00)
Bu gün Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.
Mübariz Qurbanlı Romada Azərbaycan təcrübəsindən danışacaq

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Bu gün Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə dekabrın 10-da Roma şəhərində Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən "İslam ənənəli dövlətlərdə dini birgə yaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçiriləcək. M.Qurbanlı konfransda "İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi" mövzusunda məruzə ilə çıxış edəcək.

Konfransda Azərbaycan, İtaliya, Vatikan və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də elmi tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti