...

Bahar Muradova: "Bir sıra dairələrin Azərbaycanla bağlı planları var"

Siyasət Materials 2 Aprel 2015 14:34 (UTC +04:00)
Azərbaycanın düşmənləri, onu gözü götürməyənlər, arxasında erməni lobbisi dayanan bir sıra beynəlxalq dairələr həm erməniçiliyə xidmət edən məqsədlərinə, həm də öz məqsədlərinə çatmaq üçün belə bir dolayı yoldan istifadə etməyə çalışırlar.
Bahar Muradova: "Bir sıra dairələrin Azərbaycanla bağlı planları var"

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanın düşmənləri, onu gözü götürməyənlər, arxasında erməni lobbisi dayanan bir sıra beynəlxalq dairələr həm erməniçiliyə xidmət edən məqsədlərinə, həm də öz məqsədlərinə çatmaq üçün belə bir dolayı yoldan istifadə etməyə çalışırlar". Bu barədə Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkli kampaniyalara münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, Azərbaycanın müstəqil siyasətini, öz resurslarına müstəqil sahib olmasını və onu hansı istiqamətdə yönəltmək üçün özü qərar qəbul edən bir ölkə olmasını bəzilərinin gözü götürmür:

"Çünki sirr deyil ki, bir sıra dairələrin Qafqazla, xüsusilə Azərbaycanla bağlı öz planları var və onlar bu ölkələrin, o cümlədən Azərbaycanın bu plana uyğun hərəkət etməsini istəyirlər. Onların bu planları Azərbaycanda keçərli deyil və ona görə də bu kimi dairələr Azərbaycanın bu şəkildə uğur qazanmasını və dünyanın diqqətini bu şəkildə cəlb edən, Azərbaycanı dünyada tanıdan belə layihənin reallaşdırılması zaman onu gözdən salma yolu tuturlar".

B.Muradova qeyd edib ki, çox təəssüf ki, bu dairələr insanları birləşdirən, insanlara xoş hiss, qələbə sevinci bəxş edən bir sahədən siyasi məqsədlər üçün, bir ölkəni qaralamaq üçün, öz maraqları üçün sipər etməyə çalışırlar və ondan bir siyasi alət kimi istifadə edirlər:

"Növbəti dəfə də belə hal baş verir. Ona görə də, biz buna artıq təəccüblənmirik də və bu layihəyəni reallaşdırmağa başlayarkən də belə halların olacağı da göz önünə gətirilirdi. Amma Azərbaycan bütün bunların hamısına hazır və bütün qarayaxma kampaniyalarının qarşısında öz məqsədlərinə, öz hədəflərinə doğru inamla irəliləyin bir ölkədir və bunu da hər zaman sübut edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti