...

Ermənilərin porno-siyasət sintezi

Siyasət Materials 10 Aprel 2015 17:21 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Bu günlərdə Ermənistan gündəmini erməni pornoulduz Kim Kardaşyanın ölkəyə çoxdandır gözlənilən gəlişi ilə bağlı məlumatlar zəbt edib. Pornoulduz nəhayət ki, Ermənistandadır və onun gəlişi sanki erməni xalqına bütün dərd-sərini, problemlərini, səfalət içində yaşamalarını unutdurub. Adi vətəndaşdan tutmuş ən yüksək rütbəli məmura qədər bütün ermənilər Kardaşyanın gəlişinin "sevinc"ini yaşayr.

Kim Kardaşyan ölkədə sanki bir dövlət başçısı kimi təmtəraqla qarşılanıb. Hətta Ermənistanın Baş naziri Ovik Abramyan və digər yüksək vəzifəli məmurlar da pornoulduzu böyük həvəslə qəbul ediblər.

Yəqin ki, pornoulduzun ölkəyə hansı məqsədlə gəlişindən xəbərdarsınız. Bəli, nə qədər təəccüblü olsa da, Kim Kardaşyan ermənilərin saxta siyasətinə dəstək vermək, yəni qondarma "erməni soyqırımı"nın 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün gəlib. Göründüyü kimi, bu dəfə də ermənilər özlərinə məxsus bir addım ataraq porno ilə siyasətin sintezini yaradıblar. Ermənistan hakimiyyəti pornoulduzu da siyasi məqsədlərə cəlb etməkdən çəkinməyəcək qədər aciz duruma düşüb.

Hansısa ciddi sənətkar, idmançı və digər tanınmış insanlar bu prosesə cəlb olunsaydı, bu qədər qınanmazdı, amma pornoulduzu öz saxta tarixini təbliğ etmək üçün cəlb etmək nə siyasi məntiqə, nə də mədəniyyətə sığır.

Yuxarıda qeyd etdiyim kimi, bu, əvvəla Ermənistan hökumətinin acizliyindən xəbər verir. Görünür, Ermənistan hökuməti siyasi yolla qondarma "soyqırım"ı təbliğ edə bilmədiyi üçün bu yolda pornoulduzu sınaqdan keçirmək qərarına gəlib. Siyasi baxımdan məsələni sübut edə bilməyəcəklərini yaxşı bilərək, bu məsələyə bir az da porno əlavə etməklə saxtakarlıqlarını ört-basdır etməyə çalışırlar. Bu, aydın şəkildə göstərir ki, Ermənistanda siyasi mədəniyyət, siyasi səriştə, savad hələ də formalaşmayıb. Onlar hələ də siyasətlə pornonun fərqli məsələlər olduğunu anlaya bilməyiblər.

Türkiyə dəfələrlə İrəvana arxivləri açaraq 1915-ci ildə baş vermiş hadisələrə doğru qiymət verməyi təklif etsə də, müsbət cavab almayıb. Almayacaq da. Çünki arxivlər açılsa, Ermənistanın maskası yırtılacaq. Ermənistan isə masqasını qorumaq üçün pornoulduzun arxasında gizlənir. Əslində ermənilərin bu addımı heç də təəccüb doğurmamalıdır. Axı onların indiyə qədər hansı iyrənc əməllərə əl atdığını hamımız yaxşı bilirik.

Sonda bircə söz demək yerinə düşərdi: vay o millətin halına ki, onun maraqlarını pornoulduz qoruyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti