...

Rauf Əliyev: Con Kerri həmişə Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınıb

Siyasət Materials 29 Aprel 2015 14:52 (UTC +04:00)
“Azərbaycanda sürətli inkişaf davam etdikcə, onun beynəlxalq nüfuzu artdıqca ABŞ-da və Avropada müəyyən qüvvələr Azərbaycanın müstəqil, düşünülmüş daxili və xarici siyasətinə qarşı müxtəlif istiqamətlərdə məkrli kampaniyalar aparmağa başlayıblar”.
Rauf Əliyev: Con Kerri həmişə Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda sürətli inkişaf davam etdikcə, onun beynəlxalq nüfuzu artdıqca ABŞ-da və Avropada müəyyən qüvvələr Azərbaycanın müstəqil, düşünülmüş daxili və xarici siyasətinə qarşı müxtəlif istiqamətlərdə məkrli kampaniyalar aparmağa başlayıblar".

Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Rauf Əliyev antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən bildirib.

R.Əliyev qeyd edib ki, I Avropa Oyunlarının başlanmasına az vaxt qaldıqca bu təzyiqlər və iftiralar daha da güclənir: "ABŞ-ın dövlət katibi Con Kerrinin ermənipərəst mövqeyi çoxdan bəllidir. ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilmiş məşhur 907 saylı qətnamənin müəllifi kimi, o, həmişə Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınıb".

Onun sözlərinə görə, maraqlı burasıdır ki, daima insan hüquq və azadlıqlarının mudafiəsindən danışan C.Kerrinin öz ölkəsində amerikalı qaradərili vətəndaşların hüquqları elə dövlətin asayiş keşikçiləri - polisləri tərəfindən mütəmadi olaraq kobud şəkildə pozulur: "Baltimorda son ölüm hadisəsindən sonra baş vermiş kütləvi iğtişaşlar səngimək bilmir. Artıq şəhərdə komendant saatı təyin edilib. Bütün bunları görməzdən gələrək digər ölkələrə demokratiya dərsi verən ABŞ-ın üzdəniraq ideoloqlarının siyasəti iflasa uğrayır".

Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı yönəlmiş bu riyakar, çirkin kampaniyalara baxmayaraq, Azərbaycan öz seçdiyi müstəqillik yolundan dönməyəcək, ölkəmiz daha da güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti