Mübariz Əhmədoğlu: Aİ və Azərbaycan Uorlikin təxribatına imkan verməməlidir

Mübariz Əhmədoğlu: Aİ və Azərbaycan Uorlikin təxribatına imkan verməməlidir

Azərbaycan, Bakı, 15 may /Trend/

Amerikalı həmsədr Ceyms Uorlikin yaxın zamanda həmsədrlərin regiona səfər edərək prezidentlərin görüşünü hazırlamağa başlayacağını bildirməsi Avropa İttifaqının Riqa sammiti ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə qarşı təxribatdır. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

M.Əhmədoğlu deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Aİ-nin Riqa sammitində iştirak edəcəyi gözlənilir: "Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır. Tənzimləmənin həqiqi tərəfdarları bu görüşün baş tutmasına səy göstərməlidir. Uorlik isə hansısa ehtimali görüşdən danışır. Bu Uorlik tərəfindən incə saxtalaşdırma diplomatiyasıdır. Uorlikin bütün fəaliyyəti ermənilərin maraqlarını təmin etməyə yönəlib. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində daha konkret, daha məqsədəuyğun mövqe nümayiş etdirib. Son dövrlərdə Avropa İttifaqı yeganə strukturdur ki, status-kvonun saxlanılmasının əleyhinə çıxış edir. Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkilərə ən dolğun, təkmil və hüquqi cəhətdən əsaslandırılmış mövqe bildirdi. Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkilərin hüquqi əsasının olmadığını bəyan etdi. Bununla da Dağlıq Qarabağ rejiminin qondarma qurum olduğunu rəsmən bəyan etmiş oldu".

Politoloq qeyd edib ki, son vaxtlar Avropa İttifaqının Ermənistanla münasibətlərində də ciddi problem yaranıb: "Faktiki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının həmmüəlliflərindən biri Serj Sərkisyandır. Ermənistan prezidenti S.Sərkisyan o vaxt Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyətə gələrkən antirusiya mövqe nümayiş etdirəcəyini, Ermənistanı Rusiyanın təsir zonasından çıxarıb Qərbin təsir zonasına salacağı barədə öhdəlik götürmüşdü. S.Sərkisyan prezident seçilən kimi ilk atdığı addımlardan biri Şərq Tərəfdaşlığı Proqramına dəstək vermək oldu. O zaman həm Polşanın, həm də İsveçrənin antirusiya mahiyyəti bəlli idi. Ermənistan bu iki dövləti təşviq edərək Şərq Tərəfdaşlığı Proqramını ortalığa qoydurdu. Məhz həmin dövrdə S.Sərkisyan Avropa liderləri ilə Şimali Qafqazdakı vəziyyəti müzakirə etdi. Şimali Qafqaz Rusiyanın ən ağrılı nöqtəsidir. S.Sərkisyan sözünün üstündə durmadı və 2013 -cü il sentyabrın 3-də Rusiya Prezidenti Vladimir Putinin təkidi ilə Şərq Tərəfdaşlığı Proqramı ilə assosiativ müqaviləni imzalamaqdan imtina etdi və bununla da bütövlükdə Şərq Tərəfdaşlığı Proqramı iflasa uğradı".

Mərkəz direktoru bildirib ki, Şərq Tərəfdaşlığı Proqramı 3 dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ortalığa qoymuşdu: "Zaman keçdikcə onun Dağlıq Qarabağ məsələsində ortalığa qoyduğu mövqe Ermənistanın xeyrinə dəyişirdi. Şərq Tərəfdaşlığı Proqramının iflasa uğramamışdan qabaq ermənipərəst olmasında ən mühüm funksiyalardan birini Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle yerinə yetirdi. Bu proseslərə görə Avropa siyasətçiləri, Avrokomissiyanın rəhbərliyi Ermənistanla bağlı məyus olublar və narazılıqlarını da gizlətmirlər. S.Sərkisyan dəfələrlə Avropa məkanında olsa da, Avrokomissiyanın rəhbərliyində ciddi görüş keçirə bilməyib. İndi belə bir dövrdə Avropa İttifaqı Riqa sammiti ərəfəsində Ermənistanla məyusluğunu gizlətmədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktivləşmək istəyir. Bu, Ermənistanın marağına uyğun deyil. Amma Ermənistan Dağlıq Qarabağ məsələsinin Avropa İttifaqı müstəvisində, Riqa sammiti müstəvisində müzakirə edilməsinin əleyhinə də açıq, birbaşa çıxış edə bilmir. Ona görə əlaltı C.Uorliki başa saldılar və C.Uorlik guya ATƏT-in Minsk Qrupu özü Azərbaycan-Ermənistan prezidentlərinin görüşünü təşkil edəcək. Bununla da Uorlik Avropa İttifaqına mesaj verir ki, Riqa sammiti məkanında Azərbaycan-Ermənistan prezidentlərinin görüşünü təşkil etməsin. Çox güman ki, bu bəhanə S.Sərkisyan tərəfindən Riqa sammitində istifadə ediləcəkdir. Avropa İttifaqı sözünün üstündə möhkəm durmalıdır. Əgər prezidentlər hər ikisi orada iştirak edirsə, yalnız Azərbaycan və Ermənistan prezidentləri arasında görüşü təşkil etməlidir. Avropa İttifaqı Yenilənmiş Madrid Prinsiplərinin üstündə işləməklə onu Brüssel Prinsipləri, Avropa Prinsipləri, Riqa prinsipləri və s adı ilə ortalığa qoymalı və ATƏT-in Minsk Qrupunun da yeni prinsiplər üzrə əməkdaşlığa dəvət etməlidir. Bununla da Avropa İttifaqı Avropanın şərq hissəsi üçün, bütövlükdə Avropa məkanı üçün ən böyük təhlükələrdən birini neytrallaşdırmış olar. Avropanın və ABŞ-ın bir sıra məsələlərdə mövqeyini üst-üstə düşmür. O cümlədən, Avropa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövqeyində fərqlilik aydın görünür. C.Uorlikin mövqeyi isə ABŞ-ın mövqeyinin daha ermənipərəstləşmiş mövqeyidir. C.Uorlik təxribat xarakterli funksiyanı yerinə yetirir. Aİ bütün mümkün vasitələrdən istifadə edərək C.Uorlikin təxribatını neytrallaşdırmalı, Ermənistan prezidentinin real məzmunlu görüşə hazır olacağı təqdirdə görüşün keçiriləcəyi barədə açıqlama verməlidir. Rəsmi Bakı vaxtın azlığını nəzərə alıb vəziyyətin operativ izlənilməsinə nail olmalıdır".

Bank Respublika Azərbaycanda ilk dəfə gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir
Bank Respublika Azərbaycanda ilk dəfə gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir
Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər
Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər
Sentyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Sentyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)
Külli miqdarda vergini ödəməkdən yayınan şirkət rəhbərinin istintaqı yekunlaşıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Azərbaycan neftinin qiymətləri dəyişib
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır
Çay haqqında bilmədiklərimiz
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
ABŞ-da etiraz aksiyasında atışma - Ölənlər var
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi
Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?
Kürdəmirdə qazlaşdırılma səviyyəsi 100 %-ə çatdırılıb (FOTO)
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)(ƏLAVƏ OLUNUB)
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Sabah 29 dərəcəyədək isti olacaq
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi (FOTO)
FHN əməkdaşına müqavimət göstərən şəxsin işi məhkəməyə göndərilib
Qida əlavələrinin idxalı ilə məğul olan sahibkarlarla görüş olub
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Magistraturaya plan yerlərinin 85 faizi dolub
Vaxtından əvvəl doğulmuşların göz müayinəsi nə üçün vacibdir?
Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord
Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib (FOTO/VİDEO)
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
Ermənistanda koronavirusa yoluxanların sayı 47 mini keçib
Şamaxıda arvadını bıçaqlayan şəxs saxlanılıb
MN: Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır
DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib (FOTO)
Cəbhə bölgəsində özünüməşğulluq proqramına qoşulan işsiz şəxslər üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
"Telegram"ın işində qüsurlar yaranıb
Azərbaycan bostan bitkilərinin ixracını artırır
SOCAR: Bakı NEZ-in təmiri müddətində daxili tələbat üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var
Bəhruz Quliyev: Tofiq Yaqublu məsələsində ən anlaşılmaz öz qızının tutduğu mövqe oldu
Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub
OPEC-in 60 illiyinə həsr edilmiş xüsusi bülletendən: Azərbaycanın Energetika naziri əməkdaşlığın əhəmiyyətini vurğulayır
Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb
Yevlaxda inzibati bina yanıb
Ağsuda ev yanıb
Azərbaycanda ticarət şəbəkələri telefon tətbiqləri ilə onlayn satışlara yönəlir
ABŞ Ali Məhkəməsinin ən yaşlı üzvü vəfat etdi
Tramp: ABŞ qoşunlarını Əfqanıstandan və Yaxın Şərqdən geri çəkməyə davam etmək niyyətindədir
Atlantik okeanda "Beta" tropik fırtınası yaranıb
Qvatemala prezidenti koronavirusa yoluxub
Abşeronda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Moskvada koronavirusdan ölənlərin sayı 5 044 nəfərə çatıb
"Bavariya" Almaniya Bundesliqasında "Şalke"ni darmadağın edib
Mingəçevir Dövlət Universitetinin əməkdaşları UNEC-in təşkil etdiyi təlimlərdə iştirak ediblər
Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb
Yunanıstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 264 min nəfəri ötüb
Tofiq Yaqublunun aclıq aksiyasından tox qarına danışanlar susmalıdır - Şərh
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Bakıda ikimərtəbəli ev yanıb
Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində qəbul keçirilib
Bakıda "Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)
Aeroport yolunda qəza: Nəqliyyatın hərəkətində sıxlıq yaranıb
AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib (FOTO)
Bütün xəbərlər