...

Nassir Abdulaziz Al-Nasseri: Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar əldə edib

Siyasət Materials 17 May 2015 15:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul ediblər.
Nassir Abdulaziz Al-Nasseri: Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar əldə edib

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul ediblər.

Trend-in məlumatına görə, Nassir Abdulaziz Al-Nasser ölkəmizə səfərindən ötən dövr ərzində Bakıda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Qonaq qeyd etdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar əldə edib və Bakıda keçiriləcək birinci Avropa Oyunları mühüm əhəmiyyət daşıyır. Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmindən danışan Nassir Abdulaziz Al-Nasser təmsil etdiyi qurumun Forumun etibarlı tərəfdaşı olmasından məmnunluğunu vurğuladı. O, ölkəmizdə millətlər, dinlər, mədəniyyətlər arası dialoqun və qarşılıqlı anlaşma siyasətinin davam etdirilməsi işini yüksək dəyərləndirdi, "Bakı prosesi"nə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Qonaq 2016-ci ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda dünyanın ən nüfuzlu qurumlarının və görkəmli şəxsiyyətlərinin iştirak edəcəklərini də bildirdi.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin fikirlərinə razılığını bildirən dövlətimizin başçısı ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi, 2016-ci ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi.

Görüşdə 2016-ci ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti