EBC Radio proqramında I Avropa Oyunları ilə bağlı veriliş yayımlanıb

Siyasət Xəbər 18 May 2015 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

EBC Radio proqramının ingilis dilində yayımlanan verilişində Bakı 2015 İlk Avropa Oyunlarına hazırlıq, iştirakçı idmançılar, ölkəyə səfər edəcək azarkeşlər, Azərbaycanın müasir idman kompleksləri və xüsusilə I Avropa Oyunlarına həsr edilmiş xüsveriliş usi mərasimin keçirilməsi ilə bağlı Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afrika İttifaqındakı Daimi nümayəndəsi Elman Abdullayevlə geniş söhbət aparılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 30 dəqiqəlik veriliş zamanı Azərbaycanın mədəniyyəti, tarixi və ölkənin multikulturalizm ənənələrinə dair müxtəlif məlumatlar təqdim edilib. Eyni zamanda, verilişin yayımında olan fasilələr zamanı Azərbaycan mahnıları səsləndirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti