...

BMT-nin Ali Nümayəndəsi: Azərbaycan müxtəlif irq, din, mədəniyyətləri bir araya gətirir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 May 2015 11:38 (UTC +04:00)
“Asiya ilə Avropa arasında yerləşən Azərbaycan müxtəlif irq, din, mədəniyyətləri bir araya gətirir”.
BMT-nin Ali Nümayəndəsi: Azərbaycan müxtəlif irq, din, mədəniyyətləri bir araya gətirir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Seymur Əliyev/

"Asiya ilə Avropa arasında yerləşən Azərbaycan müxtəlif irq, din, mədəniyyətləri bir araya gətirir". Trend-in məlumatına görə, bu barədə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri bu gün Bakıda öz işinə başlayan üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxışı zaman deyib.

BMT-nin Baş katibi Ban Ki Munun salamlarını çatdıan N.A.Al-Nasseri vurğulayıb ki, BMT-nin Sivilizasiyalar Alyansı üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan hökuməti və bütün digər təşkilatlar ilə qurduğu tərəfdaşlıqdan şərəf hissi duyur.

M N.A.Al-Nasseri qeyd edib ki, müxtəlifliyə hörmətlə yanaşma və ortaq dəyərlərə sadiqlik qlobal dünyada yaşayan insanlar üçün birgə təhlükəsizlik deməkdir. Onun sözlərinə görə, sülhsevər və inkluziv cəmiyyətlərin möhkəmləndirilməsi müasir qloballaşan dünyanı səciyyələndirən müxtəliflik və pluralizmin etiraf edilməsi deməkdir.

M N.A.Al-Nasseri dünyadakı terrorizm hallarından da danışıb. O qeyd edib ki, ötən bir neçə ay ərzində terrorçular tərəfindən qəddar aktların törədilməsi ilə nəticələnən dözümsüzlük, ekstremizm, ksenafobiya və ayrıseçkiliyin ciddi şəkildə artmasının şahidiyik: "Onlar iddia edirlər ki, din naminə çalışırlar. Lakin onların ekstremist məfkurəsi bizim dini dəyərlərimizə ziddir".

BMT-nin Ali Nümayəndəsi deyib ki, dünyanın din liderləri din adı altında törədilən bütün zorakı aktları, ayrıseçkiliyi pisləyib: "Bütün bu çətinliklərin aradan qaldırılmasının böyük əhəmiyyətini heç kəs mübahisə edə bilməz. Gənc nəsilləri qurban seçən ekstremist və radikal dairələrin qarşısını almaq üçün kollektiv tədbirlərə böyük ehtiyac duyulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti