...

Azərbaycanla bir sıra ölkələr arasında ikitərəfli əməkdaşlıq haqqında müzakirələr aparıldı (FOTO)

Siyasət Materials 26 Sentyabr 2015 04:31 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində San-Marinonun xarici işlər naziri Paskal Valentini, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa və Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.
Azərbaycanla bir sıra ölkələr arasında ikitərəfli əməkdaşlıq haqqında müzakirələr aparıldı (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində San-Marinonun xarici işlər naziri Paskal Valentini, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa və Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.

San-Marino xarici işlər naziri ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarına dair müzakirələr aparıldı.

Görüşdə Azərbaycan Respublikası və San-Marino arasında "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması" haqqında Saziş imzalandı.

Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparıldı.

İki ölkə arasında siyasi dialoqun inkişafında Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kanselanın bu ilin sentyabr ayında Azərbaycana məhsuldar səfəri və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyəti qeyd edildi.

Uruqvay xarici işlər naziri ölkəsinin 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olduğunu qeyd edərək, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyü zamanı əldə etdiyi təcrübəsinin Uraqvay ilə bölüşməsindən məmnunluq duyacaqlarını bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini qeyd edərək, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün xüsusilə enerji və kənd təsərrüfatı sahələrində əlverişli imkanların olduğunu nəzərə çatdırdı.

Uruqvaylı həmkarını Azərbaycana səfərə dəvət edən nazir, bunun ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkan ola biləcəyini bildirdi. Uruqvaylı nazir dəvəti məmnuniyyətlə qəbul etdi.

Görüş qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi ilə davam etdi.

Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olundu. Albaniyalı nazir iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd edərək, xüsusilə enerji sahəsində strateji əməkdaşlıq üçün əlverişli şəraitin olduğunu bildirdi.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu.

Xəbər lenti

Xəbər lenti