Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Gürcüstanın yeni təyin olunan xarici işlər naziri Georgi Kvirikaşvilinin sabahdan Azərbaycana rəsmi səfəri başlayır.
Xarici İşlər Naziriyindən mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı barəsində danışıqlar aparılacaq.
Qeyd edək ki, Georgi Kvirikaşvili xarici işlər naziri təyin olunduqdan sonra ilk xarici səfərini Azərbaycana edir.