...

Qazaxıstanın Atırau vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Siyasət Materials 26 Fevral 2016 11:35 (UTC +04:00)
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsuluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində bölgədə fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Qazaxıstanın Atırau vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində bölgədə fəaliyyət göstərən azərbaycanlıların "Novruz" milli-mədəni cəmiyyəti tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Bu barədə Trend-ə Konsulluqdan məlumat verilib.

X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən "Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi"ndə təşkil olunmuş tədbirdə, Qazaxıstan Xalqları Assambleriyasının Atırau vilayət rəhbərinin müavini Kadırqaliyev Yerkin Zadiroviç, vilayətdə yaşayan digər milli-mədəni cəmiyyətlərin rəhbərləri, universitetin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra azərbaycanlıların "Novruz" milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, 26 fevral 1992-ci il tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırım haqqında, ermənilərin xalqımıza qarşı apardığı soyqırımla bağlı iştirkaçılara geniş məlumat verib.

Qazaxıstan Xalqları Assambleriyasının Atırau vilayət rəhbərinin müavini Kadırqaliyev Yerkin Zadiroviç, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi, professor Atabayeva Janat Vaxitovna, Atırau vilayətindəki çeçen-inquş diasporunun sədri Culbalıyev Zelimxan, çıxışlar edərək, bu faciənin təkcə azərbaycanlıların deyil, həm də digər xalqların da faciəsi olduğunu vurğulamış və bu faciədə Azərbaycan xalqının yanında olduğlarını qeyd ediblər.

Tədbirdə həmçinin Atırau vilayətində işgüzar səfərdə olan Azərbaycan Qafqaz Universitetinin prorektoru professor Natiq Paşa çıxış edərək, ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətdən danışıb.

Çıxışlardan sonra Xocalı faciəsi ilə bağlı film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti