Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və milli xilaskarlıq missiyası" mövzusunda elmi-praktik seminar keçirilib (FOTO)

Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və milli xilaskarlıq missiyası" mövzusunda elmi-praktik seminar keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar keçirilib.

Trend-in məlumatına görə, "Heydər Əliyev və milli xilaskarlıq missiyası" mövzusunda təşkil olunan seminarda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qeyd edib ki, ümummilli liderin irsinin öyrənilməsi baxımından Mərkəzdə mütəmadi olaraq müxtəlif mövzularda seminarlar keçirilir.

A.Ələkbərov bildirib ki, bu seminarların keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsini müxtəlif istiqamətlərdə araşdırıb öyrənməkdir.

Mərkəzin direktoru Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışdığını, ulu öndərin fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri oldugunu xatırladıb.

A.Ələkbərov elmi-praktik seminarda iştirakına, dəyərli məlumat və xatirələrini bölüşdüyünə görə millət vəkilinə təşəkkürünü bildirib.

F.Heydərov məruzə ilə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində oynadığı mühüm roldan, misilsiz xidmətlərindən, milli xilaskarlıq missiyasından söz açıb: "Bəziləri bu missiyanın başlanğıcını 1991-ci ilin 3 sentyabrından - Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilməsindən hesablayır, bəziləri isə 1993-cü ilin məlum 15 iyun tarixini əsas götürürlər. Mən, elə mənim kimi bir çoxları da bu tarixin əslində 47 il öncədən - 1969-cu ildən başladığını düşünürük".

F.Heydərov bildirib ki, Heydər Əliyevin fəaliyyətindən, missiyasından danışarkən, ilk olaraq 1969-1982 və 1983-1987-ci illər dövrü ciddi araşdırılmalı, o illərin prosesləri öyrənilməli və yeni nəslə öyrədilməlidir: "1990-cı ildən etibarən Azərbaycanın bütün bölgələrindən vətəndaşlarımız "Heydər Əliyev hakimiyyətə gəlməlidir, Azərbaycanı yalnız o, xilas edə bilər!" çağırışları ilə ictimai təşəbbüslərə başladılar, siyasi tələb irəli sürdülər. Bu çağırışın səbəbi nə idi? Bu insanlar ötən əsrin 60-cı illərinin çətinliklərini, məşəqqətlərini yaşamışdılar və onları bu problemlərdən məhz Heydər Əliyev hakimiyyətə gəlməklə xilas edə bildi, Azərbaycanı yüksəlişə yönəltdi. Bu insanlar bildirdilər ki, 1990-cı illərdə üzləşdikləri böhranın səbəbi də məhz Heydər Əliyevsizlik oldu, yəni bu böyük şəxsiyyətin hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana qarşı bütün cəbhələrdə hücumun başlanmasına rəvac verdi. Xalqımız aydın dərk edirdi ki, tarixin bu yeni ağır sınağını da yalnız və yalnız Heydər Əliyevin rəhbərliyi altında dəf edə bilər".

Millət vəkili ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövrünün əsas xüsusiyyətlərini qısa şəkildə xarakterizə edərək bildirib ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi qısa zamanda Azərbaycanın tərəqqi və inkişafında yeni səhifə açmışdı: "Zəngin təbii sərvətlərinə, iqtisadi və insan potensialına baxmayaraq, digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan artıq sürətlə inkişaf etməyə başlamışdı. Şəhərlər, rayonlar, hətta kəndlər böyük tikinti meydanına çevrilmiş, yeni istehsal və sənaye müəssisələri yaradılmışdı. Ümummilli liderin təşəbbüsü ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu və bununla da respublikanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırıldı".

F.Heydərov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü xilaskarlıq missiyasının ilk mərhələsi idi.

Millət vəkili daha sonra ulu öndərin siyasi fəaiyyətinin Naxçıvan dövründən söz açıb: "22 iyul 1990-cı ildə on minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, ulu öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə on minlərlə insanın iştirakı da dahi rəhbərə xalqın hüdudsuz məhəbbət və inamının təntənəsi idi. Əhali bilirdi ki, Naxçıvan artıq nicat yoluna çıxıb. Bir çox idarə və təşkilatlardan deputatlığa namizədliyi irəli sürülən Heydər Əliyev 1990-cı il 30 sentyabr seçkilərində Nehrəm seçki dairəsindən Azərbaycan Parlamentinə, Naxçıvan Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan Ali Məclisinə deputat seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ilk sessiyasında iclasa sədrlik Heydər Əliyevə həvalə edildi və orada qəbul edilən qərarlar Azərbaycan tarixində böyük dönüş yaradacaq hadisələr oldu".

F.Heydərov bildirib ki, sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı: "Bu, ittifaq miqyasında Sovet Sosialist adından ilk imtina idi. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Bu, artıq Naxçıvanın milli-azadlıq mübarizəsinə, müstəqil dövlətçilik uğrunda mübarizəyə böyük qətiyyətlə qoşulmasını təsdiqləyirdi. Heydər Əliyevin təklifi ilə milli istiqlal rəmzimiz olan üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı".

O vurğulayıb ki, Naxçıvan Ali Məclisinin sessiyasında müzakirə olunan məsələlər yalnız muxtar respublikaya aid deyildi: "Heydər Əliyevin təşəbbüsü ilə ikinci iclasda Ali Məclis 1990-cı il 20 yanvar faciəsinə də siyasi qiymət verdi. 1990-cı ilin 21 noyabrında Naxçıvan Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etdi".

Millət vəkili bildirib ki, 1991-ci ilin 3 sentyabrında yekdilliklə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilən Heydər Əliyev bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər: "1993-cü ilin iyununda Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu".

F.Heydərov bildirib ki, ulu öndər Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdura bildi: "Heydər Əliyev özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Azərbaycançılıq ideologiyasını milli birliyin bünövrəsinə çevirdi. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsurlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyev xalqı öz ətrafında birləşdirməklə, dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi. Güclü və modern ordu quruculuğuna başlanıldı. Bu sahədə mühüm nailiyyətlər əldə olundu və biz onun nəticələrini elə bu günlərdə son hadisələr zamanı düşmənə cavab verməklə, ordumuzun gücünü göstərməklə hamılıqla gördük, qürurla seyr etdik".

Daha sonra F.Heydərov seminar iştirakçılarının suallarını cavablandırıb.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
İsrail ordusunun hava və quru qoşunları Qəzza zolağına hücuma başlayıb
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb
Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atıldı
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasına çağırır
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib
İsrail Müdafiə Ordusu 9000 ehtiyatda olan əsgərinin çağırışını elan edib
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Bütün xəbərlər