...

İlham Əliyev Ekvador Prezidentinə başsağlığı verib

Siyasət Materials 18 Aprel 2016 18:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Prezidenti Rafael Korrea Delqadoya başsağlığı verib.
İlham Əliyev Ekvador Prezidentinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Prezidenti Rafael Korrea Delqadoya başsağlığı verib.

Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ekvador xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti