...

BMT Baş katibi regiona niyə gəlmədi və ya ermənilərin “soyqırım” adlı şousunun iflası (Yeni faktlar)

Siyasət Materials 25 Aprel 2016 14:09 (UTC +04:00)
Səfərlər təxirə salınanda bu kiməsə lazımdır.
BMT Baş katibi regiona niyə gəlmədi və ya ermənilərin “soyqırım” adlı şousunun iflası (Yeni faktlar)

Bakı. Trend:

Səfərlər təxirə salınanda bu kiməsə lazımdır. Bu yaxınlarda məlum oldu ki, BMT-nin baş katibi Pan Gi Mun aprelin 23-dən 27-dək keçirilməli olan Cənubi Qafqaza səfərini təxirə salıb. Səfərin təxirə salınmasının əsas qəribəliyi o oldu ki, hər şey səfər başlamazdan bir gün əvvəl oldu.

Səfər çərçivəsində Pan Gi Mun Gürcüstan, Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırırdı. Üstəlik regiona səfər artıq hazır idi. Hələ çərşənbə günü axşamı mənbələr Trend-ə təsdiq edirdilər ki, regiona səfər hazırlığı tam sürətlə gedir və şənbə günü Baş katib artıq Gürcüstana yola düşür. Lakin cümə axşamı səfərin təxirə salınması barədə qəfil xəbər yayıldı. Burada həlledici məqam gözlənilməzlik oldu. Səfərin başlamazdan bir gün əvvəl ləğv edilməsi qəribədir.

Hər şey Trend-in diplomatik mənbələrdən əldə etdiyi informasiya sayəsində aydın oldu. Məlum oldu ki, Pan Gi Mun əvvəlcədən aprelin 23-ü axşam Gürcüstana, 25-i Ermənistana və 26-sı Azərbaycana gəlməyi planlaşdırırdı. Amma Yerevandan olan qonşularımıza BMT Baş katibi məhz aprelin 24-də, ermənilərin "erməni soyqırımı" adlandırdığl gündə gəlməsi məlum səbəblərə görə həyatı vacib idi və onlar özlərinə dünyanın onlara yazığı gəlmələri üçün daha bir tarix seçdilər.

Lakin BMT-nin Baş katibi ermənilərin "hamılıqla soyqırımı tanıyırıq" adlı şousunda iştirakdan imtina etdi və Yerevana səfərinin tarixini aprelin 25-nə təxirə salmağa çalışdı ki, aprelin 24-də erməni rəhrbərliyinin adətən Ermənistana gələnlərin hamısını apardığı memoraiala məcburi qaydada getməsin.

Lakin "başıbəlalı" millət belə asan təslim olmur. Diplomatik mənbələr Trend-ə bildiriblər ki, Pan Gi Muna təzyiqlər, o cümlədən ABŞ-dakı ermənilər tərəfindən təzyiqlər misilsiz olub. Baş katibi fikrindən döndərmək üçün erməni lobbisi ilə bağlı olan rəsmi şəxslər və bu lobbinin üzvləri, eləcə də siyasi elitanın bir çox nüfuzlu və tarixə pis bələd olan üzvləri qoşulublar.

Nəticədə BMT-nin müdrik baş katibi aprelin 24-də Yerevana səfərindən imtina etməkdən yorulub və bunun səbəbini izah etmək istəməyib, sadəcə regiona səfərinin vaxtını dəyişib.

Lakin Ermənistana səfəri ilə yanaşı, Azərbaycana da səfərinin təxirə düşməsindən narahat olan Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevə üzrxahlıq məktubu göndərərək, ölkə başçısı və Azərbaycan xalqına Bakıya gələ bilməməsi üçün təəssüfünü ifadə etməklə kifayətlənməyib, ardınca şəxsən Azərbaycan Prezidenti ilə telefonla əlaqə saxlayaraq bir daha Bakıya gələ bilmədiyi üçün təəssüfünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti