...

Baş nazir: Türkiyədə dövlət çevrilişinə cəhdə görə 7500 nəfər tutulub (YENİLƏNİB)

Siyasət Materials 18 İyul 2016 14:17 (UTC +04:00)
Türkiyədə dövlət çevrilişinə cəhdə görə 7500 nəfər tutulub.
Baş nazir: Türkiyədə dövlət çevrilişinə cəhdə görə 7500 nəfər tutulub (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyədə dövlət çevrilişinə cəhdə görə 7500 nəfər tutulub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Binali Yıldırım Nazirlər Kabinetinin iclasında deyib.

Saxlanılanların ümumi sayından 755 nəfər hakimdir.

Onun sözlərinə görə, dövlət çevrilişinə cəhd nəticəsində 208 nəfər ölüb, onlardan 60 nəfəri polis, üçü hərbçi, 145-i isə mülki şəxsdir. 1491 nəfər xəsarət alıb.

B.Yıldırım dəstəyə görə müxalifətə təşəkkürünü bildirib.

Baş nazir çevrilişə cəhddə iştirak edən hərbçiləri "mundirdə olan terrorçular" adlandırıb: "Türkiyə KİV-lərinə təşəkkürümü bildirirəm. İlk vaxtlardan onlar demokratiyanın tərəfində oldu. Türkiyə xalqı küçələrə axışdı və dövlətin maraqlarını qorudu. Dövlət çevrilişinə cəhd terrorizmlə mübarizəyə və ölkənin xarici çağırışlara qarşı durmaq bacarığına təsir etməyəcək".

Jurnalistlərin sualına cavab verən B.Yıldırım deyib ki, Türkiyə hava məkanının bir hissəsini uçuşlara bağlayıb.

O, həmçinin vətəndaşları provokasiyaya uymamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti