...

Binali Yıldırımın Bakıya səfərinin səbəbi bəlli oldu

Siyasət Materials 25 Avqust 2016 17:07 (UTC +04:00)
Rövnəq Abdullayevlə “Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub.
Binali Yıldırımın Bakıya səfərinin səbəbi bəlli oldu

Trend-i buradan izləyin

Bakı. Trend:-

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə “Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Baş nazir Binəlı Yıldırımın rəhbərlik etdiyi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin idarə heyətinin üzvü və biriliyin fərxi üzvü Saliha Dündarın görüşü olub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib, bildirilib ki, builki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili "Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili" elan edib. “Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyənin Baş baziri Binali Yıldırımın iştirak edəcəyi qeyd olunub.

Təşkilat Komitəsi tərəfindən R.Abdullayevi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib. “Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidentinə təqdim edib.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən R.Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti