...

Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə Memorandumda nələr nəzərdə tutulur? (TAM MƏTN) (FOTO)

Siyasət Materials 10 Sentyabr 2016 10:21 (UTC +04:00)
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.
Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə Memorandumda nələr nəzərdə tutulur? (TAM MƏTN) (FOTO)

Bakı-Trend:

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 5 sentyabr 2012-ci il tarixdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilmişdir.

Bununla bağlı vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclisin üzvlərinin iştirakı ilə keçirilən görüşündə memorandum imzalanıb: “Biz, aşağıda imza edən vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclis üzvləri “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın, korrupsiyaya qarşı mübarizədə sosial innovasiyaların tətbiqinin verdiyi töhfəni nəzərə alaraq;

Hökumət-vətəndaş cəmiyyəti dialoqunun “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün Azərbaycanda uğurla tətbiqinə əhəmiyyətli dəstək verəcəyinin zəruriliyini vurğulayaraq;

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq:

- Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinin inkişafına dəstək verilməsi;

- Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi;

- Bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi;

Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının (Platforma) yaradıldığını bəyan edirik.

Platforma fəaliyyətində şəffaflıq, qərəzsizlik, peşəkarlıq və əməkdaşlığa açıqlıq prinsiplərini əsas tutur.

Platforma aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- İnformasiya əldə etmək, fiskal şəffaflıq, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək və bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək;

- “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq;
“Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək;

- Təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq;

- Elektron hökuməti təşviq etmək;

Platformanın funksiyaları və fəaliyyətinin digər məsələləri Platformanın Reqlamenti ilə tənzimlənir və onun fəaliyyəti Platformanın Koordinatoru tərəfindən əlaqələndirilir.

Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçisi üçün açıqdır və bütün üzvlər bərabər hüquqlara, vəzifələrə malikdirlər.

Biz yuxarıda göstərilən məqsədlərdən çıxış edərək Açıq Hökumətin Təşviqi üzrə hökumətlə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın zəruriliyini və bu prosesdə ictimai iştirakçılığın əhəmiyyətini nəzərə alaraq bu Memorandumu imzaladıq.

Dövlət orqanları:

Əli Hüseynli

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri

Vüsal Hüseynov

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru

Kamal Cəfərov

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi

Azad Cəfərli

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) Aparat rəhbəri

Orxan İsayev

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi

Rahim Rəhimov

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi

Nicat İmanov

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi

Zakir Hacıyev

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini

Fərasət Qurbanov

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru

Sahib Məmmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü

QHT təmsilçiləri:

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondu

Sabit Bağırov

Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

Rəna Səfərəliyeva

Şəffaflıq Azərbaycan İctimai Birliyi

Vasif Mövsümov

Korrupsiyaya Qarşı Mübarizə Fondu

Hafiz Həsənov

Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyi

Mirəli Hüseynov

Demokratiyanı Öyrənmə İctimai Birliyi

Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi

Abil Bayramov

Mülki Cəmiyyətə Doğru İctimai Birliyi

Qadir İbrahimli

Güzəran Sosial Araşdırmalar İctimai Birliyi

Ceyhun Musaoğlu

“Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyi

İlham Səfərov

“İnternyus Azərbaycan” İctimai Birliyi

Nailə Həşimova

Avrasiya Əməkdaşlıq Fondu

Xanoğlan Əhmədov

Media və Mülki Cəmiyyətə Doğru

Ruhəngiz Hüseynova

Qadınlar Arasında Həmrəylik İctimai Birliyi

İsrail İsgəndərov

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi

Əhməd Abbasbəyli

Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi

Xalid Kazımov

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi

Elxan Şükürlü

İnformasiya, Təhlil və Planlaşdırma İctimai Birliyi

Novella Cəfərova

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti

Səltənət Qocamanlı

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

Səadət Bənənyarlı

Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi

Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

Əvəz Həsənov

Humanitar Tədqiqatlar İctimai Birliyi

Rauf Zeyni

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondu

Şəhla İsmayıl

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti

Qorxmaz İbrahimli

Demokratik Seçki Mərkəzi

Tamxil Hacıyev

Hərbi mövzuda ixtisaslaşmış jurnalistlər İctimai Birliyi

Fərid Şahbazlı

İslahatçı gənclər İctimai Birliyi

Rafik İsmayılov

Vətəndaş cəmiyyəti uğrunda İctimai Birliyi

Samir İsayev

Hüquqi Düşüncə İctimai Birliyi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti