...

Azərbaycanın baş konsulu Batumi Dövlət Universitetinin rektoru ilə görüşüb (FOTO)

Siyasət Materials 10 Noyabr 2016 12:02 (UTC +04:00)
Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılovun Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi ilə görüşü keçirilib.
Azərbaycanın baş konsulu Batumi Dövlət Universitetinin rektoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılovun Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi ilə görüşü keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, professor M.Xalvaşi universitetin yaranmasından, fəaliyyətindən, mütəxəssis hazırlığından bəhs edib.

Səmimi qəbula görə rektora təşəkkür edən baş konsul Batumi Dövlət Universitetinin Gürcüstanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu söyləyib. Universitetlə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu deyən diplomat Azərbaycan universitetləri ilə tələbə mübadiləsinin hər iki tərəfə verəcəyi üstünlüklərdən söz açıb.

Baş konsul Batumi Dövlət Universitetində ümummilli liderin adını daşıyan “Heydər Əliyev - Azərbaycanşünaslıq Mərkəzi”nin,“Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyasının, o cümlədən, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Batumi Dövlət Universiteti arasında Anlaşma Memorandumunun dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsi olduğu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti