...

Stratfor: Astana və Minsk KTMT-nin yeni baş katibi kimi erməni namizədi qəbul etməyə hazır deyil

Siyasət Materials 11 Yanvar 2017 13:40 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) güclü vasitəyə çevrilə bilmədi, çünki üzv ölkələr arasındakı fikir ayrılıqları hərbi blokun effektivliyini məhdudlaşdırır.
Stratfor: Astana və Minsk KTMT-nin yeni baş katibi kimi erməni namizədi qəbul etməyə hazır deyil

Bakı. Elmira Tariverdiyeva - Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) güclü vasitəyə çevrilə bilmədi, çünki üzv ölkələr arasındakı fikir ayrılıqları hərbi blokun effektivliyini məhdudlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın “Stratfor”analitik mərkəzinin məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, dekabrına 26-da keçirilmiş sammit üzvlər arasında fikir ayrılığının nə qədər güclü olduğunu göstərdi. Həmin toplantı zamanı təşkilatın yeni rəhbəri ilə bağlı razılıq əldə olunmamışdı.

Məqalədə KTMT-nin son sammitlərində Qazaxıstan və Belarus nümayəndələrinin iştirak etmədiyi də vurğulanıb.

“Onların iştirak etməməsi ehtimal ki, təsadüfi deyildi. Bəzi məlumatlara görə, Rusiya qurumda baş katiblik postunu Ermənistana vəd edib. Amma Qazaxıstan və Belarus Azərbaycanla sıx əlaqələrə malikdir və bu ölkələr KTMT-nin yeni baş katibi qismində erməni namizədi qəbul etməyə hazır deyillər”.

Məqalədə həmçinin yaxın ayların bu blok üçün asan olmayacağı qeyd olunur. Buna səbəblərdən biri kimi, Dağlıq Qarabağ məsələsi göstərilir.

KTMT-nin növbəti sammitində qurumun yeni baş katibinin namizədliyi müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti