...

Kərim Kərimovun 100 illik yubileyi keçiriləcək

Siyasət Materials 30 Yanvar 2017 18:07 (UTC +04:00)
Prezident İlham Əliyev Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Kərim Kərimovun 100 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Prezident İlham Əliyev Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında
sərəncam imzalayıb.

2017-ci ilin noyabr ayında kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illiyi tamam olur.

Kərim Kərimov kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərib.

Sərəncamda qeyd olunur ki, kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr vermiş Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Milli Elmlər Akademiyası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birlikdə Kərim Kərimovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti