...

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin iki müavini olacaq

Siyasət Materials 13 Fevral 2017 18:03 (UTC +04:00)
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin iki müavini olacaq.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin iki müavini olacaq

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması, qoruqların ərazisində yerləşən abidələrin siyahıya alınması, pasportlaşdırılması, tarix və mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı Azərbaycan Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın vəzifələrindəndir.

Fərmana əsasən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsində edilən dəyişikliklərə uyğun olaraq, Dövlət Xidməti rəisinin bir deyil, artıq iki müavini olacaq.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti