...

YAP "Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib (FOTO)

Siyasət Materials 16 Fevral 2017 10:24 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Pirallahı rayon “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
YAP "Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birinci konfransına hazırlıqla əlaqədar olaraq hesabat-seçki yığıncaqları davam edir.

Trend-in məlumatına görə, növbəti hesabat-seçki yığıncağı əfsanəvi Neft Daşlarında Yeni Azərbaycan Partiyası Pirallahı rayon “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında keçirilib.

Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi qeyd edib ki, hesabat dövründə partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən xeyli artıb.

Yığıncaqda çıxış edən Hikmət Şikarov, Rauf Məmmədov, Ələddin Budaqov, Məzahir Kazımov və başqaları ərazi ilk partiya təşkilatının qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildiriblər.

Hesabat-seçki yığıncağının iştirakçıları ərazi ilk partiya təşkilatının ötən ildəki fəaliyyətini qənaətəbəxş qiymətləndirib.

Partiya üzvlərinin açıq səsverməsi ilə Q.Mahmudov yenidən ərazi ilk partiya təşkilatının sədri seçilib. Həmçinin ərazi ilk partiya təşkilatının işini səmərəli təşkil etmək üçün 2 sədr müavini, 15 nəfərdən ibarət idarə heyəti və YAP Pirallahı rayon təşkilatının birinci konfransında iştirak etmək üçün 15 nəfərdən ibarət nümayəndə seçilib.

Sonra bir qrup yeni qəbul olunmuş partiya üzvünə üzvlük vəsiqələri təqdim edilib.

Yığıncağın sonunda çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yarandığını bildirib. M.Manafov yeni seçilmiş heyəti təbrik edərək yığıncaq iştirakçılarına çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti