...

“Dəniz kuboku - 2017” müsabiqəsində Azərbaycanın hərbi dənizçiləri növbəti uğurlarını qazanıblar (FOTO/VİDEO)

Siyasət Materials 8 Avqust 2017 10:56 (UTC +04:00)
“Dəniz kuboku - 2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.
“Dəniz kuboku - 2017” müsabiqəsində Azərbaycanın hərbi dənizçiləri növbəti uğurlarını qazanıblar (FOTO/VİDEO)

Bakı. Trend:

“Dəniz kuboku - 2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.

Rusiya HHD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.

Xəbər lenti

Xəbər lenti