...

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

Siyasət Materials 30 Avqust 2017 16:59 (UTC +04:00)
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi növbəti yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

Bakı. Trend:

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi növbəti yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

O, bu barədə Türkmənistana səfəri zamanı jurnalistlərə deyib.

Baş nazir yanğınların söndürülməsi ilə bağlı işlərin davam etdiyini vurğulayıb:

“Dünən axşam mənə Ukrayna Prezidenti Petro Poroşenko zəng edərək təyyarə göndərməyi təklif etdi. Bildiyimə görə, təyyarə artıq yoldadır və yaxın saatlarda Gürcüstana çatacaq. Bizə, həmçinin Azərbaycandan göndərilən helikopter kömək edəcək. Mən Azərbaycan Prezidentinə həm bu köməyə görə, həm də daha əvvəl onların aviasiyasından istifadə etdiyimizə görə minnətdarlığımı bildirirəm. Fikrimcə, bu cür hadisələr zamanı regional əməkdaşlıq çox vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti