...

Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini Paraqvay prezidentinə təqdim edib

Siyasət Materials 3 Oktyabr 2017 09:54 (UTC +04:00)
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay Prezidenti Orasio Kartesə təqdim edib.
Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini Paraqvay prezidentinə təqdim edib

Bakı. Trend:

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay Prezidenti Orasio Kartesə təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Paraqvay Prezidentinə çatdırıb.

Prezident O.Kartes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov O.Kartesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paraqvay Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti