...

Erməni tarixçi: Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır

Siyasət Materials 28 Noyabr 2017 12:45 (UTC +04:00)
Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır.
Erməni tarixçi: Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır

Bakı. Elçin Mehdiyev - Trend:

Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır.

Trend-in məlumatına görə, bunu erməni tarixçi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Artur Ağacanov Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bütün variantlar irəli sürülüb: “Bir maddə üzrə belə, hər hansı məsələ həll olunmayıb. Yeganə müsbət cəhət odur ki, geniş hərbi əməliyyatlar başlamayıb. Bizim fəaliyyətimizlə bağlı yanaşmalar fərqlidir: kimsə neqativ, kimsə pozitiv yanaşır. Lakin tədricən insanlar bizə qoşulur və bu bizi sevindirir. Zamanla hər şey düzələcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti