...

Novruz Məmmədov: Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə onların arxasınca sürünürlər

Siyasət Materials 4 Dekabr 2017 14:29 (UTC +04:00)
Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə onların arxasınca sürünürlər.
Novruz Məmmədov: Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə onların arxasınca sürünürlər

Bakı. Trend:

Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə onların arxasınca sürünürlər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Beynəlxalq aləmdə gedən prosesləri izlədikdə, təəssüflər olsun, belə qənaətə, nəticəyə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, İttifaqlar və planetin aparıcı ölkələri, liderlər hadisələrin, proseslərin qarşısını almaq, onları qabaqlamaq əvəzinə onların arxasınca sürünürlər.

İntellekt və inkişafın indiki səviyyədə olduğunu nəzərə aldığımız zaman – belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir. Beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də bu xarakterlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti