...

Kollegiya sədri: Vəkillər Kollegiyasında səhlənkarlığa yol verilib

Siyasət Materials 9 Dekabr 2017 08:30 (UTC +04:00)
Vəkillər Kollegiyasına qəbul ilə bağlı bir sıra çatışmazlıqlar olub və səhlənkarlığa yol verilib
Kollegiya sədri: Vəkillər Kollegiyasında səhlənkarlığa yol verilib

Bakı. Samir Əli - Trend:

Vəkillər Kollegiyasına qəbul ilə bağlı bir sıra çatışmazlıqlar olub və səhlənkarlığa yol verilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov deyib.

O bildirib ki, vəkilliyə qəbulda iş stajının müddəti aşağı salınmalıdır: "Çalışacağıq ki, çatışmazlıqlar aradan qaldırılsın. Vəkillərin Kollegiyaya qəbulu qanunvericiliklə tənzimlənir. Düzdür, keçid balı orada qeyd olunmayıb. İstəyirik ki, əmək stajı aşağı salınsın. Buna görə, potensiallı tələbələr iş təcrübəsinin az olması ilə bağlı Kollegiyaya müraciət etmir və başqa qurumlarda çalışırlar".

Kollegiya sədri qeyd edib ki, Vəkillər Kollegiyasının nüfuzu artırılmalı, kollegiyaya qəbul asanlaşmalıdır: "Keçid balı tələblərə uyğun olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti