...

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin tarixi açıqlanıb

Siyasət Materials 18 Yanvar 2018 21:38 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin tarixi açıqlanıb

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

Bunu Trend-in Krakov görüşünün nəticələri barədə sorğusuna cavab olaraq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E.Məmmədyarov qeyd edib ki, Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşündə həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb:

"Bu ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti