...

Səməd Seyidov AŞ PA-nın vitse-prezidenti seçilib (YENİLƏNİB)

Siyasət Materials 22 Yanvar 2018 15:43 (UTC +04:00)
Səməd Seyidov AŞ PA-nın vitse-prezidenti seçilib.
Səməd Seyidov AŞ PA-nın vitse-prezidenti seçilib (YENİLƏNİB)

Bakı. Trend:

Səməd Seyidov yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti seçilib.

Bu barədə Trend AŞ PA-nın saytına istinadən məlumat verir.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov qurumun vitse-prezidenti seçilib.

AŞ PA-nın vitse-prezidenti vəzifəsinə seçki qurumun qış sessiyasının ilk plenar iclasında keçirilib.

S.Seyidovdan başqa, Verner Amon (Avstriya), Volodimir Ariyev (Ukrayna), Vlodzimierz Bernaski (Polşa), Lyuboş Blaha (Slovakiya), Roza Byork Brinyolfsdottir (İslandiya), Titus Korlatean (Rumıniya), Rocer Qeyl (Böyük Britaniya), Conas Qunnarsson (İsveç), Alfred Heer (İsveçrə), Akif Çagatay Kılıç (Türkiyə), Stella Kiriakides (Kipr), Ana Katarina Mendes (Portuqaliya), Marianne Mikko (Estoniya), Andreas Nik (Almaniya), Co Oreilli (İrlandiya), Mariya Obradoviç (Serbiya) və Nikol Tris (Fransa) də AŞ PA-nın vitse-prezidentləri seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti