...

Avropa Komissiyası rəsmisi Quba Soyqırımı Memorial Kompleksində olub (FOTO)

Siyasət Materials 30 Yanvar 2018 11:05 (UTC +04:00)
Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə rəhbəri Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət edib.
Avropa Komissiyası rəsmisi Quba Soyqırımı Memorial Kompleksində olub (FOTO)

Bakı. Trend:

Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə rəhbəri Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan Trend-ə verilən məlumata görə, Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında nəqliyyat sektorunda əməkdaşlığın inkişafını və bir sıra layihələri müzakirə etmək məqsədi ilə Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində Avropa Komissiyasının nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

Eyni zamanda, nümayəndə heyəti, eləcə də Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Quba rayonunda səfərdə olublar. Nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Soyqırımı Memorial Kompleksini və ermənilərin xalqımıza qarşı həyata keçirdiyi kütləvi soyqırım nəticəsində həlak olmuş insanların kütləvi məzarlığını ziyarət edib. Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb.

Daha sonra ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Nümayəndə heyətinin rəhbəri Henrik Hololey Soyqırım Memorial Kompleksindəki xatirə kitabına ürək sözlərini yazıb.

Eyni zamanda, nümayəndə heyəti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialında olan qonaqlara Azərbaycan xalçaçılıq sənəti haqqında geniş məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti