...

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verib

Siyasət Materials 22 Fevral 2018 15:30 (UTC +04:00)
Bu gün Vyanada keçirilən ATƏT PA-nın qış sessiyası zamanı qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Vyanada keçirilən ATƏT PA-nın qış sessiyası zamanı qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.

Trend-in məlumatına görə, bu barədə xüsusi nümayəndə özü bildirib.

K.Vigenin istefa verməsini bütün səylərini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsində tutduğu məruzəçi vəzifəsinə yönəltmək istəyi ilə əlaqələndirib.

K.Vigenin qeyd edib ki, o, ATƏT PA-nın Cənubi Qafqazda rolunun güclənməsi üçün regiondakı digər mühüm oyunçularla – ATƏT-in hazırkı sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi və ATƏT Minsk qrupunun həmsədrlər ölkələri ilə əməkdaşlığının güclənməsi hesabına artırılması üçün böyük səylər göstərib.

Onun sözlərinə görə, hər üç həmsədr ölkə ATƏT PA-nı öz fəaliyyəti barədə məlumatlandırmaq təklifindən boyun qaçırıb. O, həmsədrlərlə yalnız bir dəfə görüşməyə nail olub və bu görüş zamanı K.Vigenin bu problemlə bağlı öz düşüncələrini bölüşüb.

Xəbər lenti

Xəbər lenti