...

Ombudsman: Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir

Siyasət Materials 20 İyun 2018 10:30 (UTC +04:00)
Azərbaycanda insan hüquqları hərtərəfli şəkildə təmin olunub.
Ombudsman: Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda insan hüquqları hərtərəfli şəkildə təmin olunub.

Trend-in məlumatına görə, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan sürətli inkişafına görə dünyada qabaqçıl yerlərdən birini tutur: "Azərbaycan ikinci dəfə müstəqilliyini 1991-ci il 18 oktyabrda elan edib. Ölkəmiz qısa müddətdə böyük inkişaf yolu keçib. Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələri var. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir".

E.Süleymanova əlavə edib ki, bir çox ölkələrdə ölüm cəzası tətbiq edilsə də, Azərbaycanda ölüm cəzasına 1993-cü ildə veto qoyulub.

Ombudsman qeyd edib ki, 30 ildən çox davam edən erməni təcavüzü nəticəsində hazırda Azərbaycanda 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti