Qoşqar Təhməzli: Aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsinə bir neçə qurum nəzarət edəcək

Siyasət Xəbər 29 İyun 2018 12:38 (UTC +04:00)
Nazirlər Kabineti Azərbaycana aqrokimyəvi vasitələrin gətirilməsi, qeydiyyata alınması ilə bağlı mövcud qərara dəyişikliklər edir.
Qoşqar Təhməzli: Aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsinə bir neçə qurum nəzarət edəcək

Bakı. Samir Əli - Trend:.

Nazirlər Kabineti Azərbaycana aqrokimyəvi vasitələrin gətirilməsi, qeydiyyata alınması ilə bağlı mövcud qərara dəyişikliklər edir.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, bir neçə qurum bu işə nəzarət edəcək:

"Bunlar Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyidir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti