...

Səfir: Azərbaycan Kolumbiya Konqresinin Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin qəbul etməsini yüksək qiymətləndirir

Siyasət Materials 24 İyul 2018 22:02 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Kolumbiya turizm, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn Kolumbiyanın müstəqillik günunə həsr olunmuş tədbir zamanı deyib.

Səfir bildirib: "Son illər ərzində ölkələr arasında münasibətlər həm dövlət səviyyəsində, həm də parlamentlər arası dinamik inkişaf edib".

A.Hüseyn qeyd edib ki, Azərbaycan Kolumbiya Konqresinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin qəbul etməsini yüksək qiymətləndirir: "İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması üzrə fəaliyyət davam etdirilir. Azərbaycan Latın Amerikası ölkələri ilə münasibətlərə xüsusi önəm verir".

Səfir həmçinin Azərbaycan və Kolumbiya arasında münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti