Akademik: Prezident İlham Əliyevin fərmanı Azərbaycanın dövlət dilinin saflığının qorunması baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur

Akademik: Prezident İlham Əliyevin fərmanı Azərbaycanın dövlət dilinin saflığının qorunması baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci mərhələsində, konkret olaraq 1978-ci ildə, sərt sovet ideologiyası şəraitində Azərbaycan dilini ölkəmizin Konstitusiyasına dövlət dili kimi həkk etdirməsi zamanına görə əsl qəhrəmanlıq və uzaqgörənlik nümunəsidir. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil edib:

"Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində "Dövlət dilinin tətbiqi işinin təkmilləşməsi haqqında” (18 iyun 2001-ci il), "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001-ci il) sərəncamları yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü ildə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dövlət dilinin birinci inkişafının proqramı kimi mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamları ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatı nümayəndələrinin böyük tirajla nəşr edilib yayılması mühüm tarixi hadisədir".

Akademik bildirib ki, "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” hüquqi sənəd (13 noyabr 2013-cü il) dilçi alimlərin fəaliyyətinin koordinasiya olunmasına və səylərin birləşdirilməsinə şərait yaradıb. "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” verilmiş sərəncamı (17 iyul 2018-ci il) isə dövlət dilimizin xaricdəki həmvətənlərimizin və ölkəmizə maraq göstərən xarici vətəndaşların onlayn vasitələrlə öyrənmələri üçün lazımi tədbirlərin həyata keçirilməsinə meydan açıb:

"Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır. Çünki Sovet İttifaqı zamanı həmin ittifaq çərçivəsində nisbətən qapalı mühitdə olan Azərbaycan dili xalqımız müstəqillik qazandıqdan sonra ölkəmizin dünyaya açılması ilə əlaqədar olaraq sağdan-soldan kənar təsirlərlə üzləşməli olub".

İ.Həbibbəyli yazır ki, texniki tərəqqinin inkişafından doğan beynəlxalq miqyasda qəbul edilən yeni terminlərlə yanaşı, heç bir xüsusi ehtiyac olmadan dilimizə nüfuz edən yad kəlmələr leksikamızda özünə yol tapmaqdadır: "Pis cəhət ondan ibarətdir ki, nəinki müasir gənclik, eyni zamanda bir çox hallarda təcrübəli ziyalılar, yaradıcı qüvvələr, hökumətdə təmsil olunan bəzi məmurlar və kütləvi informasiya vasitələri kənar təsirlər vasitəsilə dil mühitimizə daxil olan həmin sözlərə həssas münasibət göstərərək onları gündəlik danışıq dilinə daxil edirlər. Beləliklə, efirdən - ekrandan və sosial mühitdən Azərbaycan dilinin leksik tərkibinə dilimizin ahəng qanununa, qrammatik qaydalarına uyğun gəlməyən kənar sözlər daxil olmaq üçün münasib imkan qazanır. Təəssüf ki, belə lüzumsuz kəlmələr bəzən dərsliklərə də yol tapır, çox asanlıqla məktəb yaşlı uşaqların yaddaşında özünə yer sala bilir. Etiraf etmək lazımdır ki, hətta bəzi müəlliflər öz əsərlərində alınma sözlərdən, mürəkkəb terminologiyadan zəruri olmadan istifadə etməyi savadlılıq əlaməti hesab edirlər".

AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanda haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsi” xüsusi olaraq diqqətə çatdırılıb. Halbuki Azərbaycan dilinin zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib qarşılığı olan leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu halda yad və kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi Azərbaycan dilinin saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük zərurət yaradır:

"Prezident İlham Əliyevin 9 noyabr 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 ilik yubileyindəki dərin məzmunlu nitqində həmin həyəcan siqnalı çox qabarıq şəkildə ifadə olunub: "Bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. ...İmkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur”. Dövlət başçısını dövlət dilinə münasibətdə narahat edən məsələlərin həlli ilk növbədə Azərbaycan elm və təhsil işçilərinin, mədəniyyət xadimlərinin və ümumiyyətlə ziyalı mühitinin, bütün yaradıcı qüvvələrin, mətbuatda, radio və televiziyalarda çalışanların əsas vəzifəsinə çevrilməlidir".

YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Loading Bars
Xəbər lenti
Serbiya parlamenti ölkənin yeni hökumətini təsdiqlədi
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Zeta qasırğası bir nəfərin ölümünə səbəb oldu
Meksikada itkin düşmüş 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkar olunub
Fransada 30 oktyabrdan yenidən özünütəcrid rejimi tətbiq olunacaq
Moskvada koronavirusdan daha 66 nəfər ölüb
ABŞ-ın Luiziana ştatı sahillərində "Zeta" qasırğası baş verib
Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə telefon danışığı olub
Vyetnamda 7 nəfər torpaq sürüşmələrin qurbanı olub
İtaliyada sutkada koronavirusla yoluxma hallarında rekord artım qeydə alınıb
YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Prezident İlham Əliyev: Ermənistan üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət
Prezident İlham Əliyev Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib (FOTO)
Prezident İlham Əliyev: İnternetdə nümayiş etdirdiyimiz kadrlar əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir
Azərbaycan Prezidenti: Paşinyanın pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir
Prezident İlham Əliyev: Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunub
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm
Prezident İlham Əliyevdən Ermənistana cavab çağırışı: Dağlıq Qarabağın müstəqilliyini tanıyın
Türkiyədə koronavirusdan sağalanların sayı 319 mini keçib
Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq
Prezident İlham Əliyev: Türkiyə ilə Rusiyanın yaxınlaşması regional təhlükəsizliyin mühüm amilidir
Azərbaycan Prezidenti: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın
Prezident İlham Əliyev Ermənistanın müdafiə naziri haqqında: Necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib
Azərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Ermənistana tətbiq edilsəydi, münaqişə çoxdan həll edilərdi
Azərbaycan Prezidenti: Bu gün baş verənlər Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrlərinin Ermənistana təzyiq göstərməsinin mümkün olmaması çoxlu suallar doğurur
Prezident İlham Əliyev: Əgər biz razılığa gəlsək erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır
Azərbaycan Prezidenti: Ermənistan vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər
Prezident İlham Əliyev: Hər bir insan həyatı dəyərlidir, bizim itkilərimiz minimaldır
Prezident İlham Əliyev: Erməni tərəfinin itkisi 5 mindən çox ola bilər
Ceyhun Bayramov və İsveçrə Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub
Bərdənin vurulma anı (VİDEO)
Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb - SİYAHI
Onlar elə bilirlər ki, bizi qorxudacaqlar, amma... - Erməni raketinin yaraladığı Bərdə sakinləri danışır (FOTO)
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları açıqlandı
İran ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub - İran XİN müavini
Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır - Seyid Abbas Əraqçi (ÖZƏL)
Prezident İlham Əliyev: Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq
Ceyhun Bayramovun Böyük Britaniyanın Dövlət Naziri ilə telefon danışığı olub
İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir - Əraqçidən ÖZƏL açıqlama
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır (FOTO)
Azərbaycan artilleriyaçıları düşməni belə məhv edir (VİDEO)
Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququ kobud şəkildə pozdu - Ombudsman
Azercell Bərdəlilərin yanındadır!
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)
Düşmən bilməlidir ki, heç bir təxribat zəfər yolumuza mane ola bilməz - Anar Eyvazov
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur (FOTO)
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib (VİDEO)
Türkiyədə general Polad Həşimov adına park açılıb (FOTO)
Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Fransa prezidenti Emmanuel Makronun erməni kökləri - Elxan Ələsgərovun araşdırması
İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat
Ombudsmanın MPQ üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə başçəkmə həyata keçirilib (FOTO)
İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir - Botanika İnstitutu
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb (FOTO)
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir (VİDEO)
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib
Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi
Tanınmış alimlər Dillər Universitetinə yazırlar: Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır
Ermənistanın vəhşi əməlləri barədə susmaq cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir - XİN-in bəyanatı
Müvəkkil İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib (FOTO)
Oktyabrın 29-da manatın dollara qarşı məzənnəsi
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
MDU rektoru "Əsgərə məktub" layihəsinə qoşulub (FOTO)
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Ermənistan ordusu atəşkəs razılaşmalarını pozmaqla mülki şəxslərin soyqırımına davam edir - TMMN
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
26 iaşə obyektində koronavirusla bağlı qaydalara əməl olunmadığı aşkarlandı
Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat
Prezident İlham Əliyev: Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edildi
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır
Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq
Ermənilər Tərtəri yenidən qrad atəşinə tutub
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
“Həkimlərimizi tanıyın!” - həkim-dermatoveneroloq Dr. Sevinc Kərimova
Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var
Bərdədə ölənlərin sayı 21 oldu, 70 yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)
Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi (VİDEO)
Astarada evini tərk edən COVİD-19 xəstəsi mağazada saxlanıldı
Bərdənin qisası alınır: Erməni hərbçiləri belə məhv edilir (VİDEO)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
Bütün xəbərlər