...

Naxçıvanda Baş nazirin yeni müavini təyin edilib

Siyasət Materials 30 Noyabr 2018 23:22 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.
Naxçıvanda Baş nazirin yeni müavini təyin edilib

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

Trend-in məlumatına görə, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri təyin edilsin”.

Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı. Bu sərəncamdan sonra Səbuhi Məmmədov həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti